“Uşaqların oyunundan razı qaldım. Nizami Hacıyevin zədəsi olduğundan, ehtiyatda saxlamışdım. 90 dəqiqə oynamağa tam hazır deyil. İlk hissədə buraxdığımız qol planlarımızı pozdu. Ancaq uşaqlar qarşımıza qoyduğumuz tapşırığı 90 faiz yerinə yetirdi. Həmişə uşaqlara deyirəm ki, ilk qolu biz vurmalıyıq ki, oyun planımız pozulmasın".
Qol.az-ın məlumatına görə, bu sözləri “Keşlə”nin baş məşqçisi Ramiz Məmmədov Topaz Premyer Liqanın 12-ci turunda “Zirə”yə uduzduqları oyundan (0:1) sonra keçirilən mətbuat konfransında deyib.
- Komandanız daha çox hücuma diqqət ayırır. Ancaq heyətinizdə ağır futbolçular var ki, onlar buna uyğun deyil...
- Bununla tam razıyam. Artıq çəkini aradan qaldırmaq üçün müəyyən vaxt lazımdır. Başqa idman növlərində 3 kq çəki atmaq üçün uzun müddət çalışmalı olurlar. Komandada artıq çəkisi olan futbolçuların olduğunu bilirsiniz. Onların bu çəkini atması üçün vaxt lazımdır.
- Nizami Hacıyev artıq "Neftçi” ilə müqavilə bağladığını dedi...
- Biz peşəkar komandanın üzvüyük. "Keşlə" həvəskar komanda deyil. Müqavilə bağlayıbsa, ona uğurlar arzu edirəm. Çalşacağıq ki, qışda onun mövqeyinə yeni oyunçu tapaq.
- Deməli, qarşıdakı oyunlarda çıxış etməyəcək?
- Xeyr, oynayacaq. Nizami müqaviləsinin son gününə kimi bizdə qalacaq. Hazır olsa, oyuna çıxacaq.
- Artıq çəkinin atılması komandada fiziki yüklənmə yaratmayacaq?
- Belə olacağını düşünmürəm. Hər məşqimiz 90-120 dəqiqə çəkir. Bu məşq zamanı artıq çəkinin atılmasına çalışacağıq. Əlavə yüklənmə olmayacaq.
- Bu, sizin komanda deyil. Artıq üçüncü dövrənin komandasını qurmusunuz?
- Qarşıma qoyulan əsas məqsəd bu heyətlə üçüncü dövrəyə kimi çıxış etməkdi. Ən azı 75 gün vaxtımız var. Lazım olan oyunçuları əvəzləyə bilərik. Kimin müqaviləsi varsa, son günə kimi onların xidmətindən istifadə edəcəyik. Akademiyanın da oyunçularından yararlanacağıq. Bahalı oyunçular almaq fikrimiz yoxdur.
- "İnter”in oyun üslubu var idi - beşli müdafiə. Həmin sistemi dəyişmisiniz. Bu, komandaya nə dərəcədə təsir edəcək?
- Biz bu sistemi birdən-birə pozmadıq. Çünki birdən bunu etmək çox çətinlik yaradardı. Fasilə müddətində vaxtımız var idi. Bu gün bu sistem komandanın qələbəsi üşün planlaşdırılmışdı. İlk hissədə "Zirə”nin üstünlüyünü inkar edə bilmərəm. Lakin ikinci hissədə üstünlüyümüz göz önündə idi. Bir hücumçunu 3 müdafiəçinin saxlaması məşqçinin qorxaqlığıdır. Ancaq indiki sistemdə 2 müdafiəçi 1 hücumçunu saxlayır. Azərbaycan klublarının 1 hücumçudan daha çox istifadə etdiyini nəzər alsaq, 5 müdafiəçili sistemə ehtiyac görmürəm. 2 müdafiəçi 1 hücumçunu saxlaya bilməyəcəksə, mən ümumiyyətlə, həmin müdafiəçini komandada saxlamaram (Sportnet.az).
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi