“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev Topaz Premyer Liqasının 12-ci turunda “Sumqayıt”a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə qarşılaşma haqda danışıb.
- Uzun fasilədən sonra oyuna hazırlaşmaq bir az çətin olur. Oyun praktikası aşağı düşür. Ancaq matça yaxşı başladıq, öz oyunumuzu oynamaq istəyirdik. Bəzi şeylər alındı, bəzi şeylər alınmadı. Onu özümüz də yaxşı başa düşürdük. Oyunun gedişatında qırılma anı oldu. Qırmızı vərəqədən sonra işimiz daha da çətinləşdi. Çalışdıq ki, daha konsentrasiyalı, dəqiq oynayaq. İki dəqiqə sonra qolumuzu vurduq. Məhz bundan sonra müdafiədə daha diqqətli və səhvsiz oynayaraq, hesabı əldən verməməyə çalışdıq. Hücumlara da vaxt tapırdıq. İkinci qolu vurduq. Son dəqiqələr yaxşı keçdi. Artıq hər şey hazırıq.
- “Qarabağ”lı futbolçular artıq növbəti dəfədir ki, qırmızı vərəqə ilə cəzalandırılır. Bunları nə ilə əlaqələndirirsən?
0 Dino Ndolovu “Atletiko” ilə görüşdə mübahisəli epizodda qırmızı aldı. Pedro Enrike Madriddəki görüşdə rəqibini görməsə də, kobud oynadı və meydandan qovuldu. “Səbail”lə görüşdə Ansi Aqolli rəqibə qarşı kobud oynadı deyə qırmızı vərəqə haqlı idi. İbrahim Şehiç də Amil Yunanovun sifətinə zərbə endirməsə belə, hərəkət artıq var idi deyə, hakim qırmızı vərəqə verdi. Fikirləşmirəm ki, kimsə bundan narazı olacaq. Çünki hakim haqlı qərar verdi.
“Çelsi” ilə matçda hansı nəticəyə ümid edirsiniz?
- “Sumqayıt”la oyun da göstərdi ki, biz “Çelsi” matçına ciddi hazırlaşırıq. Stadionu da seçməyimizin səbəbi o idi ki, uşaqlar bura öyrəşsin. İlk oyun bizim üçün çox pis alınmışdı. Öz meydanımızda, azarkeşlərimizin qarşısında yaxşı çıxış etməyə çalışacağıq. Başa düşürük ki, “Çelsi”nin səviyyəsi bizdən daha üstündür. Ancaq futboldur və hər şey ola bilər. Heç kim inanmırdı ki, “Atletiko” ilə oyunlarda nəsə edək. Ancaq biz iki xal götürdük. Bu da komandaya yaxşı motivasiya verir. Qurban Qurbanovun tapşırıqlarını ən yaxşı şəkildə yerinə yetirsək, “Çelsi”dən də xal ala bilərik.
- İlk oyundakı 0:6 hesablı məğlubiyyəti fikirləşəndə, psixoloji sıxıntı olurmu?
- Əlbəttə ki, olur. Desək ki, olmur, düz deyil. Həmin matç hamının yadındadı, hansı problemlərimiz olmuşdu. İlk oyun idi, adlı-sanlı rəqib, ola bilsin bu, bizi sıxmışdı. Ancaq pozitiv olmağa çalışacağıq. Azarkeşlərimiz qarşısında oynayacağıq. “Roma” və “Atletiko” matçlarında təcrübə topladıq. Bakıdakı görüşün daha fərqli olacağını fikirləşirəm.
- Bugünə qədər bir çox Avropa klubları ilə oynamısınız. “Qarabağ”ı ən çox çətin duruma salan ingilis klubları olub. Onlara qarşı niyə bu qədər çətinlik çəkirsiniz?
- Dünyanın ən güclü liqalarından biri də İngiltərədir. Orada hərtərəfli futbol gedir. Texnika, taktika, komandalar fiziki cəhətdən güclüdür. İngilis klublarının adlarını eşidəndə bir az aşağı komandalar sindrom keçirdir. Ona görə də bəzi şeylər alınmır. “Tottenhem”lə də eyni şey olmuşdu. Bizə hər həftə “Çelsi” kimi komandaya qarşı oynasaydıq, bizim üçün onlara qarşı oynamaq asan olardı. Amma bizdə balans pozğunluğu yaranır. Bugün “Çelsi”yə qarşı oynayırıq, sabah Azərbaycan liqası, sonra yenə “Roma”. Bu da bizə qeyri-stabillik yaradır. “Çelsi” bu gün “Arsenal”, “Liverpul” kimi komandalara qarşı oynayır. Hər həftə yüksək səviyyəli oyunlar keçirir. Onlar daha çox təcrübə qazanırlar. Bizdə isə oyun tempini tutmaq çətin olur.
- Pedro Enrikenin olmaması sizə çətinlik yaradacaq?
- Pedronun əvəzinə hansı oyunçu çıxsa, çalışacaq, maksimum kömək etsin. Çünki “Qarabağ”da əsas, lider oyunçu söhbəti yoxdur. Hamımız eyni oyunçularıq. Başqa oyunçu meydana çıxsa da, çalışacaq ki, Pedronun yoxluğunu hiss etdirməsin. Təbii ki, Pedronun olmasını istəyərdik. Çünki təcrübəlidir, böyük komandalara qarşı oynayıb. O, özünü necə aparmaq lazım olduğunu bilir. “Qarabağ” üçün itkidir.
"Beşiktaş" 7 futbolçusunu göndərə bilər
Pelenin rekorduna yaxınlaşır
Mundialların "aqressiv" üçüncüsü oldu
"Ayntraxt" 18 yaşlı futbolçuya göz dikdi
FİFA bu matçla bağlı araşdırma aparmaqdan imtina etdi
Kovaçiç klubunu dəyişə bilər
Neymardan təqdirəlayiq addım
Növbəti mundiala hazırlaşırdı, istefaya göndərdilər
"Zirə"nin rəqibi bilindi
Braziliya - Yaponiya: Heyətlər
"Qalatasaray" onu hədəfə aldı
AFFA-da yeni təyinat - Şəkillər
DÇ-2026-dakı uğursuzluğa görə ölümlə hədələnir
"Çelsi" Mareska ilə bağlı bəyanat yaydı
"Mançester Siti" yeni baş məşqçisini açıqladı
“Qəbələ”dən mövsümün ilk transferi
"İmişli" Kaşkilya ilə yolları ayırdı
İtaliya klubunun yeni baş məşqçisi açıqlandı
DÇ-2026-darekord tamaşaçı sayı
Fransa millisindən 96 yaşlı azarkeşə Mbappe jesti
FTB DÇ-2026 zamanı 400-dən çox dronu müsadirə edib
Levandovskinin karyerasında yeni mərhələ
“Barselona” Keyn üçün ilk addımı atdı
"Araz-Naxçıvan"ın rəqibləri açıqlandı
Şotlandiya millisinin baş məşqçisi istefa verdi
25 yaşında karyerasını bitirdi - "Zirə"də çalışacaq
DÇ-2026 matçının ictimai yayımı zamanı atışma
Daha bir mövsüm "Araz-Naxçıvan"da - Rəsmi
"Sabah"dan 1-ci liqa klubuna
"Milan"dan ayrıldı, PSJ-yə keçdi
Ramil Şeydayev bu klubla danışıq aparır
Vinisius Messi və Ronaldunun rekordunu təkrarladı
48 komandadan yalnız 2-si qol buraxmadı
“Neftçi” Sloveniyaya 27 futbolçu ilə getdi
DÇ-2026-dakı uğursuzluğa görə istefa verdi
Kanadanı 1/8 finala aparan qələbə - Video
CAR - Kanada matçının ən yaxşısı seçildi
DÇ-2026: ilk 1/8 finalçı müəyyənləşdi
Azərbaycan cüdoçuları Çexiyada 4 medal qazandı
"Qarabağ"ın Avstriya hazırlığı davam edir - Şəkillər