Qvardiola yenə ayın ən yaxşısı seçildi

Qvardiola yenə ayın ən yaxşısı seçildi
XƏBƏR 17 Noyabr 2017 / 15:10 2217
-  A +

İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi müəyyənləşib.

Qol.az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, “Mançester Siti”nin çalışdırıcı Xosep Qvardiola  oktyabr ayının ən yaxşı məşqçisi seçilib. 

O, Maurisio Poçettino ("Tottenhem"), Joze Mourinyo ("Mançester Yunayted") və Şon Dayçı ("Bernli") qabaqlayıb.

Qeyd edək ki, oktyabrda keçirdiyi 3 oyunun hamısında qalib gələn "şəhərlilər" 31 xalla turnir cədvəlinə başçılıq edir.

Xatırladaq ki, Qvardiola sentyabr ayının da ən yaxşısı seçilmişdi.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner