Azərbaycan millisinin və “Araz”ın baş məşqçisi Joze Alesio da Silva affa.az-a müsahibə verib
- Yüksək Liqada I dövrə başa çatdı. Ümumi təəssüratlarınız necədir?
- Dövrəyə “Xəmsə” ilə oyunla yekun vurduq. Böyükhesablı qələbə qazandıq və komandada hadisələrin yaxşılığa doğru dəyişdiyini hiss etdim. Topu özümüzdə çox saxladıq, qollar vurduq, müəyyən kombinasiyalar qurduq. Amma bir neçə məqam var ki, üzərində işləməliyik.
- Autsayderlə oyunda bu qədər qol vurdunuz. Ancaq əsas rəqiblərinizlə oyunlarda çox əziyyət çəkdiniz. Hətta “Neftçi” ilə oyunda heç-heçə etdiniz. Komanda istədiyinizi niyə verə bilmir?
- Hər bir oyunun öz xüsusiyyəti var. Əsas rəqiblərimizlə oyunlarda onlar daha çox müdafiəyə çəkilirlər və rəqibə oynamağa imkan vermirlər. Təbii ki, bu cür müdafiə xəttini yarmağın da yollarını tapmalıyıq. Topla, ya da topsuz – meydanda dominantlıq etməliyik. Məşqlərdə bunun üzərində işləyirik, elə narazı qaldığım məqamlar da bununla bağlıdır.
- Siz oyunları təkcə “Araz”ın yox, həm də milli komandanın baş məşqçisi kimi izləyirsiniz. Ötən 7 tur ərzində diqqətinizi cəlb edən futzalçılar oldumu?
- Bunu mütləq qeyd etməliyəm ki, çempionatda gərgin mübarizə gedir. “Araz” hər nə qədər favorit hesab edilsə də, müqavimətlə qarşılaşır. İranlı legionerlərin gəlişi, yeni komandaların çempionata qoşulması rəqabəti artırıb. Sualınıza gəldikdə, inanın, sonuncu pillədə qərarlaşan “Xəmsə”nin heyətində belə, bəyəndiyim futzalçı oldu. Digər komandalarda da belə oyunçular var. İndi ad açıqlamaq üçün uyğun zaman deyil, amma diqqətimi cəlb edən futzalçıları millinin Bakıdakı məşqlərinə dəvət edəcəm.
- Milli komanda dekabrın 2-dən 7-dək İranda keçiriləcək turnirdə iştirak edəcək. Rəqiblər və təqvim də müəyyənləşib. Bu turnirlər bağlı hansı məqamları qeyd etmək istərdiniz?
- İştirakçıların adları turnirin yüksək səviyyədə təşkil edildiyini göstərir. Təsəvvür edin, 4 iştirakçının hamısı FİFA-nın reytinq cədvəlində ilk “10-luq”dadır. Onlardan Rusiya son dünya çempionatının gümüş, İran isə bürünc mükafatçısıdır. Üstəlik, İran millisi Braziliya, Rusiya, İspaniya kimi futzalda hegemonluq edən komandanı uddu. Azərbaycan da ilk dəfə iştirak etməsinə baxmayaraq, dünya çempionatını ilk “5-lik”də bitirdi. Qazaxıstan isə 1/8 finalda mübarizəni dayandırdı. Bu göstəricilər oyunların hansı müstəvidə keçəcəyinə aydınlıq gətirir. Təxminən 2 aydan sonra qatılacağımız Avropa çempionatının final mərhələsinə hazırlıq baxımından turnir çox faydalı olacaq. Təəssüf ki, hazırlıq keçmək üçün uzun zamanımız olmayacaq. 3-4 gün Bakıda məşqlər edəcəyik, sonra 14 nəfərlik futzalçı heyəti ilə İrana yollanacağıq.
- Heyətdə yeni oyunçular olacaqmı?
- Heyət, demək olar, müəyyənləşib. İrana 14 oyunçu aparacağıq. Amma Bakıdakı hazırlıq prosesinə 17 nəfər dəvət etməyi düşünürəm. Əlbəttə, yeni adlar görəcəksiniz.
- Kardosa və Xətai Bağırov zədəlidir. Onların hazırkı durumu planlarınıza təsir edəcəkmi?
- Kardosa Avropa çempionatına qədər tam hazır olacaq. O, artıq yüngül məşqlərə başlayıb. Xətai də turnirdə iştirak etməyəcək, amma Avropa çempionatına qədər vaxtı var. Ümid edirəm ki, ona qədər formasını bərpa edib Sloveniyada komandaya kömək edə biləcək.
- Ölkə xaricində çıxış edən Vassoura, Fineo və Vitali Borisov turnirə dəvət ediləcəkmi?
- Fineo bu dəfə bizə qoşulmayacaq. Çünki onların oyunları var, həm də yol uzaq olduğuna görə, buna ehtiyac duymuruq. Bura saat fərqini də əlavə etsək, haqlı olduğumu təsdiqləyərsiniz. Vassoura ilə danışmışam, o, 90 faiz turnirdə bizə kömək edəcək. Vitali Borisovun məsələsi isə açıq qalır. O, millidəki karyerasını bitirmək haqda düşünür. Hələ tam qərarını verməyib. İrana yollanacaq heyət üzvləri arasında onun adı olmayacaq. Ancaq Avropa çempionatının final mərhələsinə qədər Vitali ilə bir daha söhbət edəcəm. Onun həmin yarışda milliyə kömək etməsini istəyirəm.
- Bu günlərdə həvəskarlar arasında təşkil edilən Mini-Futbol Liqasının oyunlarını izlədiniz. Yarışla bağlı təəssüratlarınız necədir?
- Bu, daha çox kütləviliyə hesablanmış layihədir. İnsanların sağlam həyat tərzi keçirməsi üçün əla iş görülüb. Bir neçə oyunu izlədim və iştirakçıların istəkli, həvəsli olduqlarını müşahidə etdim. Maraqlı oyunlar keçirilir. Təbii ki, ora getməkdə məqsədimiz gənc və perspektiv vəd edən oyunçuları izləmək idi. Oradan əsas milliyə oyunçu götürməyimiz real deyil, amma U-17 yığması üçün futzalçı tapmaq mümkündür. Demirəm ki, gənclərin hamısını U-17-yə cəlb edəcəyik. Bizi cəlb edən, oyunu ilə seçilən futzalçılara qapımız açıq olacaq.
- Yeri gəlmişkən, U-17 yığması artıq Birinci Liqada çıxış edəcək. Bu komanda ilə bağlı planlarınızı bilmək olarmı?
- Əsas millinin baş məşqçisi olsam da, bu komandanı da nəzarətdə saxlayacam. Mütəmadi olaraq seçim aparılacaq. Xüsusilə də məktəblərdə, universitetlərdə bu prosesi sürətləndirəcəyik. U-17 bizim üçün ehtiyat komanda olacaq. Əlbəttə, istərdik ki, seçimi 80-90 oyunçu arasından edək. Bu komandanın olması, liqada iştirak etməsi gənclər üçün də stimul olacaq. Fuad Rzayevə mütəmadi kömək edəcəyik. Komandanın Birinci Liqada iştirak edəcəyi isə müsbət məqamdır.
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi
"Barselona" oyunçuları hakimə təzyiq göstərir"
“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz
UEFA “Sabah”ın futbolçusuna cəza verdi
"Şəmkir" və "Marafon"dan qələbə
"Real"dan Endriklə bağlı açıqlama
Azərbaycan millisinə çağırılan futbolçular
"Barselona" Bakıya bu futbolçularla gəlir
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
La Liqaya haker hücumu
“Barselona” tarixinin ən uzun səfəri - Bakı
"Çalışırıq, amma alınmır" - Mamadu Kane
Azərbaycan klubu onunla yolları ayırdı
Lamin Yamal “Sabah”la oyunu buraxacaq - Rəsmi
"Sabah" - "Barselona" oyununun hakimləri açıqlandı
“Mançester Yunayted”i elə tənqid etdi ki...
Mahir bir epizodla baş məşqçinin rəğbətini qazandı
Karyerasında 900-cü oyuna çıxdı - Qurban Qurbanov
Dünyada stadionları ən çox dolduran klubların – TOP-10-luğu
Gürcü legionerin "Zirə"də 50-ci qolu
“Hədəfimiz qış çempionu olmaqdır” - "Neftçi"nin futbolçusu
Azərbaycanın iki boksçusu Avropa çempionatının finalında
Lamin Yamal "Sabah"a 1 qol vursa... - UEFA nə yazır?
"Liverpul"un "Mançester Yunayted"ə vurduğu 4 qol - Video
Debütdə 100 illik antirekord təkrarlandı
La Liqada tarixi rekorda imza atdı
"Barselona" Bakı səfərindən əvvəl əzmkar qələbə qazandı
"Liverpul" "Mançester Yunayted"i darmadağın etdi
"Beşiktaş" səfərdə, "Trabzonspor" evdə qalib gəldi
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video