“Qəbələ”nin müdafiəçisi İlqar Qurbanov Qol.az saytının suallarını cavablandırıb. Təcrübəli müdafiəçi əvvəlcə zədəsindən danışıb.
- Ağır zədə idi. Sağalması bir az vaxt apardı. Amma hazırda özümü yaxşı hiss edirəm. Fasilədə iki yoxlama oyunu oynamışam. Ağrılarım yoxdur.
- Özünü meydana çıxmaq üçün tam hazır hiss edirsən?
- Tam hazır demək olmaz. Amma məşqlərimi yaxşı etmişəm, bərpa prosesi tez olub. Haradansa başlamaq lazımdır.
- Səncə, Roman Qriqorçuk “Neftçi” ilə oyunda sənə güvənə bilər?
- Məşqlərə başlamışam. Baş məşqçi şans versə, çıxıb oynayacam. Açığı, bu şansı da gözləyirəm.
- “Neftçi” ilə oyundan söz düşmüşkən, bu matç haqda nə düşünürsən?
- Yaxşı formada olan komandaya qarşı oynayacağıq. “Neftçi” ardıcıl 4 oyunda qələbə qazandı. Sonra “Zirə”yə məğlub oldular. Amma bu məğlubiyyət onların zəif olduğunu deməyə əsas vermir. “Neftçi” ilə oyunlarımız hər zaman maraqlı olub. Hər iki tərəfi gərgin və sürətli oyun gözləyir.
- Tərlan Əhmədovun gəlişindən sonra “Neftçi” sanki yenidən “dirildi”. Hazırda komanda yüksəlişdədi və kifayət qədər inamlı təsir bağışlayır. Bu amil sizi narahat etmir?
- Biz öz oyunumuzu oynasaq, istədiyimiz nəticəni qazana bilərik. Rəqibdən daha çox özümüzü düşünməliyik. Hər iki komanda hücum etməyi xoşlayır. Sürətli oyun olacaq. Azarkeşlərin maraqla izləyəcəyi oyun gözləyirəm.
- “Qəbələ”nin cari mövsümdəki çıxışını necə dəyərləndirirsən?
- Bu, mənim cavablandıra biləcəyim sual deyil. Biz meydana çıxıb, öz oyunumuzu oynayırıq. Baş məşqçi hər şeyi özü daha yaxşı bilir. Görür, hansı oyunda yaxşı, hansında pis oynamışıq. Buna uyğun start heyətlər müəyyənləşdirir. Çempionat belədir. Hər dəfə istədiyin kimi oynaya bilmirsən. Komandalar istər-istəməz sənə qarşı qapanırlar. Bu da çətinlik yaradır.
- Qurban Qurbanovun milli komandaya baş məşqçi təyin olunmağını necə qarşıladın?
- Bu haqda danışmışam. Xeyirli-uğurlu olsun. İnşallah, Azərbaycan futbolu üçün yaxşı olar.
- Bilirəm ki, milli komanda sənin yaralı yerindir. Uzun müddət yığmadan kənarda qaldın. Hətta ən çox layiq olduğun vaxtlarda belə dəvət almırdın. Qurbanovun təyinatından sonra içində hardasa bir ümid varmı ki, yenidən milliyə qayıda biləcəksən?
- Düzü, indiyə qədər milliyə hansı səbəbdən çağırılmadığımı bilmirəm. O ki qaldı yenidən milliyə dəvət almağa, hər şey məndən asılıdır. Özümü necə göstərəcəmsə, elə də olacaq.
- Necə düşünürsən, hazırda millidə İlqar Qurbanov kimi futbolçuya ehtiyac var?
- Əlbəttə, var. Düşünürəm ki, olmalıdır. Niyə olmasın ki?!
Elnur SALAHOV
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi