Ançelotti ilə danışıqlara başlanıldı

Ançelotti ilə danışıqlara başlanıldı
XƏBƏR 16 Noyabr 2017 / 15:28 5349
-  A +

İtaliya Futbol Federasiyası millinin yeni baş məşqçisi vəzifəsi üçün Karlo Ançelotti ilə danışıqlara başlayıb.

Qol.az-ın "Gazzetta dello Sport"a istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssisin yığmada işləməyə razı olduğu bildirilib. Ancaq hələlik tərəflər arasında razılıq əldə olunmayıb.

Qeyd edək ki, İFF yığmanın DÇ-2018-in final mərhələsinə vəsiqə qazanmamasından sonra Campyero Ventura ilə yolları ayırıb.

Xatırladaq ki, K.Ançelotti son olaraq "Bavariya"nı çalışdırıb. O, bu ilin sentyabrında istefaya göndərilib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner