Qurban Qurbanov yenidən millinin oyununda

Qurban Qurbanov yenidən millinin oyununda
XƏBƏR 14 Noyabr 2017 / 18:12 4677
-  A +

21 yaşadək futbolçulardan ibarət milli komandamız Avro-2019-un seçmə mərhələsində hazırda Kosovonu qəbul edir.

Qol.az-ın məlumatına görə, "Dalğa Arena"da keçirilən oyunu stadiondan izləyənlər arasında əsas millimizin yeni baş məşqçisi Qurban Qurbanov da var.

O, “Qarabağ”da köməkçisi olan Elçin Rəhmanov və AFFA-nın baş katibi Elxan Məmmədovla matça baxır.

Qeyd edək ki, Q.Qurbanov U-21 millimizin Almaniya ilə oyununu da stadiondan izləmişdi.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner