“Kəpəz”in məşqçisi Vidadi Rzayev Qol.az saytına müsahibə verib. Komandadakı vəziyyətdən danışan mütəxəssis 21 yaşadək futbolçulardan ibarət yığmamızın Avropa çempionatının qrup mərhələsindəki çıxışına, eyni zamanda Almaniyaya 0:7 hesablı məğlubiyyətinə də toxunub.
- Son hadisələrdən sonra “Kəpəz”də vəziyyət necədir?
- Normaldır. Məşqdən yenicə çıxmışıq. Şahin müəllimin başçılığı altında hazırlıqlarımızı davam etdiririk. Qalan hər şey yaxşıdır. “Səbail”lə oyuna hazırlaşırıq. Çalışacağıq, bu komandanı doğma meydanımızda məğlub edək.
- İlk dövrədə “Dalğa Arena”da “Səbail”ə uduzmuşdunuz...
- Hə, həmin oyunda məğlub olmuşduq. Gəncədə qalib gəlmək istəyirik.
- Artıq qış fasiləsi yaxınlaşır. Təlim-məşq toplanışını harada keçirəcəksiniz?
- Bu suala Şahin müəllim cavab verə bilər. Mən bilmirəm. Amma onu deyim ki, hələ planlaşdırmamışıq. İkinci dövrə dekabrın ortalarında başa çatacaq. Hələ vaxtımız var. Ya Bakıda olacaq, ya da ölkə xaricinə çıxacağıq. Amma istənilən halda bunu Şahin müəllim daha yaxşı bilər.
- Komandaya yeni qoşulan Mansur Banın vəziyyəti nə yerdədir?
- İkinci dövrənin əvvəlində bizə qoşuldu. Yavaş-yavaş fiziki durumunu yaxşılaşdırırıq. Qarşıdakı oyunlarda bizə çox kömək edəcək.
- “Səbail”lə oyunda bu futbolçunu meydanda görə biləcəyik?
- Düzdür, heyəti Şahin müəllim hamıyla məsləhətləşdikdən sonra müəyyənləşdirir. Deyə bilərəm ki, Ba oynamağa hazırdır. Komandamıza xeyiri dəyə bilər.
- Bu gün U-21 Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirəcək. Kosova ilə görüşdən nə gözləmək olar?
- Düzdür, Almaniyaya 0:7 hesabı ilə məğlub oldular. Həmin oyuna mən də baxdım. Düşünürəm ki, Kosovo ilə oyunda uğurlu nəticə qazanmaq olar. Həm komandamıza, həm də məşqçilərimizə uğurlar arzu edirəm. Yəqin ki, Kosovadan xal ala bilərlər.
- Bəs Almaniyaya 0:7 hesablı məğlubiyyətə nə ad vermək olar?
- İlk dəqiqələrdən qol buraxdılar. Bundan sonra komandada ruh düşkünlüyü yarandı. Almanların doğrudan da yaxşı komandası var. U-21-ləri çox güclüdür. Başqa heç nə deyə bilmərəm. 1-2 dənə adi epizodlarımız oldu. Qalan bütün amillərdə almanlar bizi üstələdilər. Oyuna nəzarət tam onların əlində idi.
Elnur SALAHOV
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi