"Real"ın futbolçusu Kərim Benzema sabiq baş məşqçisi Joze Mourinyo ilə münasibətlərinin pisləşməsinin səbəbi barədə danışıb.
Qol.az-ın "As"a istinadən yaydığı xəbərə görə, fransalı hücumçu bildirib ki, 2011-ci ildə portuqaliyalı mütəxəssis onu pişiklə müqayisə etdikdən sonra Mourinyoya hörmət etməməyə başlayıb: "Onunla yaxşı münasibətimiz var idi. Amma sonra haqqımda yaxşı fikirlər söyləmədi. Mourinyo ilə bu barədə danışdım. Bildirdim ki, futbolçuyam, ona hörmət edirəm. O da mənə hörmət etməlidir. Əslində sakit insanam. Ancaq kimsə məni ələ salanda, düzünü danışıram".
Qeyd edək ki, Mourinyo mətbuat konfranslarının birində Benzemanı pişiklə müqayisə edib. Bununla bağlı o deyib: "Əgər sizin itiniz varsa, onunla ov etmək daha yaxşıdır. Amma əgər itlər yoxdurlarsa, pişiklə ov etmək lazım olur".
"Səbail"ə qayıtdı
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"
DÇ-2026-nın bu matçı ləngiyə bilər
Komandası Messini belə təbrik etdi - Şəkil
Kabo-Verdenin ulduz futbolçusu klubunu dəyişir?