“Neftçi”nin qapıçısı Səlahət Ağayev Qol.az saytına müsahibə verib. Uzunmüddətli zədəsini sağaltdıqdan sonra yenidən məşqlərə başlayan qolkiper həm hazırkı durumundan, həm də “Neftçi”nin çıxışından söz açıb.
- Zədədən sonra özünü necə hiss edirsən?
- Hər şey yaxşıdır. 2 aydı məşq etmirdim. Zədədən sonra məşqlərə yenicə başlamışam. Son 5 gündü toplarla hazırlaşıram. Ancaq hələlik komanda ilə birgə məşq etmirəm. Qapıçılarla işləyən məşqçi Rauf Salamovla ayrıca işləyirik. Gündən-günə məşqləri artırırıq. Ağrım olmasa da, hələ tam hazır deyiləm.
- Komanda ilə ümumi məşqlərə nə zaman başlayacaqsan?
- Bu, məşq prosesindən asılıdır. İndidən nəsə deyə bilmərəm. Amma belə getsə, 5-10 günə hazır olaram. Hələlik fərdi məşqlərlə kifayətlənirəm.
- Sənin yoxluğunda çərçivəni Rəşad Əzizli qoruyur. Həmkarının çıxışından razısan?
- Əlbəttə. Rəşad yaxşı qapıçıdır. Əgər “Neftçi”nin qapıçısısansa, hər an hazır olmalısan. Səmimi deyirəm, qapıçı olmağıma baxmayaraq, Rəşadın çıxışından xoşum gəlir. Perspektivi var. Gələcəkdə daha da böyük qapıçı ola bilər.
- Bəs necə düşünürsən, ağır zədədən sonra yenidən “Neftçi”nin 1 nömrəsi ola biləcəksən?
- Hər şeyi zaman göstərəcək. Vaxtı çatanda hər şeyi görəcəksiniz. Hələlik mən zədəmi sağaltmaqla məşğulam. O barədə fikirləşmirəm.
- 11 turdan sonra “Neftçi” 13 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Komandanın çıxışı barədə nə deyə bilərsən?
- Çempionata yaxşı başlamasaq da, sonradan vəziyyəti düzəldə bildik. Son 5 turda sadəcə “Zirə”yə məğlub olmuşuq. Futbolda belə şeylər olur. Fasiləyə kimi qarşıda 3 tur var. Güclü komandalarla oynayacağıq. Belə davam eləsək, qışdan sonra komanda daha inamlı çıxış edəcək. Ən azından avrokuboklar uğrunda oynaya bilərik. Komandada inam var.
- Növbəti turda doğma meydanda “Qəbələ”ni qonaq edəcəksiniz. Həmin qarşılaşma barədə də fikirlərini bilmək istərdim...
- Bütün rəqiblər güclüdür. “Qəbələ” də hazırda ən güclü rəqiblərdən biridir. Çempionluğa oynayan komandadır. Mən yaxşı nəticəyə inanıram. Bizimlə oynamaq “Qəbələ” üçün asan olmayacaq.
- Son günlər müzakirə olunan əsas məsələlərdən biri də 21 yaşadək futbolçulardan ibarət yığmamızın seçmə mərhələdə Almaniyaya 0:7 hesabı ilə məğlub olmasıdı. Vaxtilə sən də U-21-də çıxış etmisən. Bu mənada, komandamızın biabırçı məğlubiyyəti haqda fikirlərin bilmək maraqlı olardı.
- Futbolda bu cür hesablar olur. Əlbəttə, Almaniya güclü komandadır. Amma, açığı, hesabın bu cür olacağını gözləmirdim. Yəqin ki, məşqçilər bu haqda futbolçularla söhbət edərlər. Bizim kənardan nəsə deməyimiz düzgün çıxmaz. Heç bir futbolçu böyük hesabla məğlub olmaq istəməz. Ümumiyyətlə, futbolda qələbə də var, məğlubiyyət də. Amma 0:7... Nə deyim?! Heç bir futbolçu istəyərək bu cür məğlub olmur.
Elnur SALAHOV
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi