İtaliya millisində baş məşqçi dəyişikliyi?

İtaliya millisində baş məşqçi dəyişikliyi?
XƏBƏR 13 Noyabr 2017 / 00:25 4133
-  A +

İtaliya milli komandasında tezliklə baş məşqçi dəyişikliyi ola bilər.

Qol.az-ın “Football İtalia”ya istinadən yaydığı xəbərə görə, “Skuadra Adzurra” dünya çempionatına yollansa belə, baş məşqçi Campyero Venturanın istefaya göndəriləcəyi gözlənilir.

İtaliya Futbol Federasiyası avqustda 69 yaşlı mütəxəssislə müqaviləni 2020-ci ilin yayına qədər yeniləyib. Lakin millinin son zamanlar uğursuz çıxışı narazılıqla qarşılanır ki, bu səbəbdən də Venturanın tezliklə vəzifəsindən uzaqlaşdırılacağı ehtimal edilir.

Artıq Venturanın yerinə gələ biləcək 3 məşqçinin adı məlumdur. Bunlar Karlo Ançelotti, Antonio Konte və gənclər yığmasının çalışdırıcısı Luici di Byaccodu.

Xatırladaq ki, İtaliya millisi DÇ-2018-in pley-off mərhələsindəki ilk görüşündə səfərdə İsveçə 0:1 hesabı ilə uduzub.

 

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner