“Qəbələ” “Səbail”lə heç-heçə etdi

“Qəbələ” “Səbail”lə heç-heçə etdi
XƏBƏR 12 Noyabr 2017 / 18:53 3071
-  A +

Topaz Premyer Liqada yaranan fasilədən istifadə edən “Qəbələ” komandası növbəti yoxlama matçında “Səbail”lə üz-üzə gəlib.

Qol.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunun köməkçi meydançasında keçirilmiş oyunda qalib müəyyənləşməyib – 1:1.

İlk hissənin son dəqiqəsində “Qəbələ”də baxışda olan Kevin Penan komandasını hesabda irəli çıxarıb. Oyunda son qolu isə qarşılaşmanın ikinci yarısında “Səbail”ın futbolçusu Aleksandru Popoviç vurub.

Qeyd edək ki, “Səbail” çempionatda 9 xalla 6-cı, “Qəbələ” isə 22 xalla 3-cüdür.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner