“Kəpəz”in zədəli futbolçularından Samba Diallonun vəziyyəti normaldır.
Qol.az klubun saytına istinadən xəbərə verir ki, zədəsinə görə 3 çempionat oyununda Gəncə klubuna kömək edə bilməyən futbolçunun hazırlığı qaydasına düşüb. Müalicə prosesi ilə paralel olaraq məşqlərdə də iştirak edən Sambanın qarşıdakı turda meydana çıxması məşqçilər heyətinin qərarından asılı olacaq.
“Sarı-göylər”in daha bir üzvü Kərim Diniyevin də durumunda ciddi irəliləyişlər var. Onun zədəsi sağalmaq üzrədir. “Keşlə” ilə matçda ağır xəsarət alan Diniyevin uzun müddətə sıradan çıxdığı güman olunsa da, müalicəsi uğurla aparıldığından futbolçu tez bərpa olunub. İntensiv müayinə və müalicələrdən sonra Kərim fitnes və fərdi proqram üzrə məşq edib. Bu gündən isə oyunçu komandaya qoşulub.
"Səbail"ə qayıtdı
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"
DÇ-2026-nın bu matçı ləngiyə bilər
Komandası Messini belə təbrik etdi - Şəkil
Kabo-Verdenin ulduz futbolçusu klubunu dəyişir?
Keyndən gözlənilməz antirekord
Modriç yeni rekordun bir addımlığında