Bu gün “CBC Sport” telekanalının ərsəyə gətirdiyi “Xəzridən Xəzriyə” sənədli filminin təqdimat mərasimi keçirilib.
Qol.az-ın xəbərinə görə, tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, qurumun keçmiş katibi Çingiz İsmayılov, fəaliyyətini dayandırmış “Xəzri” klubunun o vaxtkı baş məşqçisi Nadir Qasımov, komandanın üzvləri – Faiq Əzizov, Azər İsayev, İmanxan Sultani, Paşa Əliyev, Vadim Vasilyev və digər veteran futbolçular, rəməkdar məşqçi Ağasəlim Mircavadov “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov, kapitan Rəşad Sadiqov, “Zirə”nin çalışdırıcısı Ayxan Abbasov, “Sumqayıt”ın müdafiəçisi Rail Məlikov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “CBC Sport”un aparıcısı və filmin müəllifi Əminə Kazımova “Xəzri” və kluba həsr olunmuş film haqda məlumat verib.
"CBC Sport"un baş direktoru, filmin prodüseri Volkan Üst sayca 3-cü ekran işləri olan “Xəzridən Xəzriyə” filmi haqda danışıb. O, bu cür filmləri ərsəyə gətirməkdə əsas məqsədlərinin Azərbaycanın futbol tarixini yaşatmaq olduğunu bildirib.
Daha sonra filmin təqdimatı keçirilib.
Filmdə 1990-cı illərdə Azərbaycanın ən güclü klublarından olan, avrokuboklarda iştirak etmək hüququ qazanan “Xəzri” komandasının yaradılmasından, fəaliyyətini dayandırmasına qədər ən incə məqamlar əks olunub. Eyni zamanda filmdə Buzovna futbolu ilə bağlı maraqlı anlara yer verilib. Bir çox tanınmış idman və incəsənət xadimlərinin, komandanın keçmiş futbolçularının, həmçinin sadə azarkeşlərin fikirləri səsləndirilib. Klubun dağılma səbəbləri haqda məlumat verilib. Filmin sonunda böyük futbolun Buzovnaya qayıdışının yaxın olduğu vurğulanıb.
Təqdimatdan sonra söz filmin ssenari müəllifi və quruluşçu rejissoru Azər Cavad Əliyevə verilib. O, yaradıcı heyətin bütün üzvlərini səhnəyə çağırıb və bir-bir auditoriyaya təqdim edib. Sənədli filmi emosional qarşıladıqları üçün qonaqlara təşəkkür edən Əliyev bu işdə ona dəstək olan hər kəsə minnətdarlığını bildirib.
“Xəzri”nin sabiq baş məşqçisi olmuş Nadir Qasımov və klubun futbolçuları filmlə bağlı təssüratlarını açıqlayıblar. Sonda veteran futbolçulara və qonaqlara təşəkkür edən filmin müəllifi Ə. Kazımova tarixin yaddaşında qalan “Xəzri”dən yeni “Xəzri”nin doğulacağına və Azərbaycan futboluna yeni qələbə bayramları gətirəcəyini ümid etdiyini bildirib.
Elnur SALAHOV
"Yuventus"dan ayrılır
İtaliya A seriyasına yüksələn ilk komanda
"Bavariya" 40 yaşlı Noyerlə müqaviləni uzadır
Türkiyə millisi 2 yoxlama oyunu keçirəcək
Spaletti ayın ən yaxşısıdır
Enrike: "Bavariya" qarşılaşdığım ən çətin rəqibdir"
"Real"da baş məşqçi vəzifəsinə daha bir namizəd
Matiçlə yeni müqavilə imzalanacaq
PFL hakim təyinatlarını açıqladı
"Qarabağ"ın futbolçusu üçün mövsüm bitdi
Elvin əvəzedici heyətdə qolu belə vurdu - Yenilənib+Video
"Qarabağ" - "Turan Tovuz" matçının hakimləri açıqlandı
İspan klubu qələbəni Fələstin bayrağı ilə qeyd etdi - Video
AFFA "Qarabağ"ı 8000 manat cərimələdi
Azərbaycan millisi bu dəfə Belarusa qalib gəldi
“Barselona”dan “El Klassiko” üçün xüsusi forma
"İmişli" futbolçusu ilə müqaviləni uzatdı
Füzulidə FİFA-nın dəstəyi ilə festival keçirildi - Şəkillər
İnfantino növbəti seçkilərə də qatılacağını açıqladı
"Fənərbaxça"nın kapitanı futboldan 1 illik uzaqlaşdırıldı
"Mənim lüğətimdə təslim olmaq sözü yoxdur" - Arda Turan
Cenk Sümer: “Neftçi”nin yeri Avropadır” - Video
9-cu çempion: 18 ildə ilk
“Şaxtyor” uduzdu, "Rayo Valekano"dan qələbə
İngiltərə derbisini kim qazandı? - Avroliqa
"Neftçi"dən mübariz oyun, layiqli qələbə Video
"Hörmətsizlik deyil, sadəcə yorğunam" - Yuri Vernidub
Qurban Qurbanovdan Elvin Cəfərquliyevlə bağlı suala cavab
“Səbail”in 6 qollu qələbəsindən - Video
Reşfordu təhqir etdiyinə görə cəzalandırıldı
“Sabah”ın çempionluğu rəsmiləşdi
10 qol vuran ilk oyunçu oldu