Podolski Braziliyada oynaya bilər

Podolski Braziliyada oynaya bilər
XƏBƏR 10 Noyabr 2017 / 17:07 3215
-  A +

Almaniya millisinin sabiq futbolçusu Lukas Podolski karyerasını Braziliyada davam etdirə bilər.

Qol.az-ın məlumatna görə, hazırda Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edən 32 yaşlı hücumçu Braziliya mətbuatına açıqlamasında "Flaminqo" azarkeşi olduğunu və bu komandada oynamısının mümkün olduğunu bildirib:

"Flaminqo"nun təklifinə heç vaxt "yox" demərəm. Yaponiyadan sonra nə edəcəyimi bilmirəm. Daha 2 il futbol oynamaq istəyirəm. Hamı Braziliyanı sevdiyimi, "Flaminqo" azarkeşi olduğumu bilir. Qarşıdakı illərdə nələr olacağını birlikdə görəcəyik".

Qeyd edək ki, Podolski "Köln", "Bavariya", "Arsenal" və "Qalatasaray"da çıxış edib.

Son xəbərlər
01.05.26  23:00

"Yuventus"dan ayrılır

topaz banner