"Neymarsız oynamaq mənə daha rahatdır"

"Neymarsız oynamaq mənə daha rahatdır"
XƏBƏR 10 Noyabr 2017 / 15:30 6432
-  A +

"Barselona"nın futbolçusu Xordi Alba sabiq komanda yoldaşı Neymarın PSJ-yə keçidinə maraqlı şərh verib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, Neymarın gedişindən sonra daha rahat oynadığını bildirib:

"Neymar möhtəşəm oyunçudur. Ancaq bizim indi də güclü heyətimiz var. Neymarın gedişindən sonra mənə "Barselona"da oynamaq daha rahatdır. İndi daha irəli gedirəm. Özümə güvənim artıb".

Qeyd edək ki, bu mövsüm La Lqiada 9 oyuna çıxan ispaniyalı müdafiəçi 5 qol ötürməsi edib.

Son xəbərlər