Xavi karyerası ilə bağlı qərar verdi

Xavi karyerası ilə bağlı qərar verdi
XƏBƏR 10 Noyabr 2017 / 14:14 2955
-  A +

“Barselona”nın sabiq futbolçusu, hazırda Qətərin “Əl-Sədd” klubunda çıxış edən Xavi karyerası ilə bağlı yekun qərarını verib.

Qol.az-ın xəbərinə görə, 37 yaşlı yarımmüdafiəçi "Mundo Deportivo"ya açıqlamasında mövsümün sonunda karyerasını bitirəcəyini deyib.

“Mənim bəxtim həm də onda gətirib ki, karyeram ərzində ciddi zədə almamışam. Hesab edirəm ki, karyeram sona yaxınlaşıb. Artıq tez yoruluram. Futbolçu kimi son mövsümümü keçirirəm. Bundan sonra məşqçi lisenziyası almağı düşünürəm” - deyə Xavi bildirib.

Qeyd edək ki, 1998-2015-ci illərdə Kataloniya klubunda oynayan Xavi  daha sonra "Əl Sədd"ə keçib.

Son xəbərlər
01.05.26  23:00

"Yuventus"dan ayrılır

topaz banner