Kasilyas Türkiyə klubuna keçə bilər

Kasilyas Türkiyə klubuna keçə bilər
XƏBƏR 10 Noyabr 2017 / 13:02 5128
-  A +

"Portu"nun qapışısı İker Kasilyas karyerasını Türkiyədə davam etdirə bilər.

Qol.az-ın "Fanatik"ə istinadən yaydığı xəbərə görə, ispaniya millisinin sabiq üzvünü "Antalyaspor" transfer etmək istəyir.

Bildirilir ki, mövsümün əvvəlində də 36 yaşlı qolkiperlə maraqlanan Superliqa klubu ulduz oyunçunu heyətinə cəlb etməyi planlaşdırır.

Qeyd edək ki, Portuqaliya mətbuatı maliyyə çətinlikləri ilə üzləşən "Portu"nun qışda Kasilyası göndərəcəyini yazıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner