"Yaxşı ki, İbrahimoviç indi İsveç millisində oynamır" - De Rossi

"Yaxşı ki, İbrahimoviç indi İsveç millisində oynamır" -  De Rossi
XƏBƏR 9 Noyabr 2017 / 18:45 3097
-  A +

DÇ-2018-in  Avropa zonasının pley-off mərhələsində İsveçlə qarşılaşacaq İtaliya millisinin yarımmüdafiəçisi Daniele De Rossi oyun barədə fikirlərlərini bildirib.

Qol.az-ın xəbərinə görə, 34 yaşlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında Zlatan İbrahimoviçin indi İsveç millisində çıxış etməyəcəyinə görə sevindiyi deyib:

“Yaxşı ki, hazırda İsveç millisində İbrahimoviç yoxdur. Heç vaxt Zlatana qarşı oynamaq istəməzdim. Hətta onun 40 yaşı olsa, meydana tək ayaq üstə, qoltuq ağacında çıxsa belə. Onun yoxluğu bizim xeyrimizədir”.

Qeyd edək ki, İtaliya və İsveç arasında ilk oyun sabah, cavab qarşılaşması isə 14 noyabrda keçiriləcək.

Son xəbərlər
01.05.26  23:00

"Yuventus"dan ayrılır

topaz banner