Messinin mundialdakı favoritləri

Messinin mundialdakı favoritləri
XƏBƏR 9 Noyabr 2017 / 16:55 4499
-  A +

Argentina millisinin üzvü Lionel Messi DÇ-2018-də favorit gördüyü yığmaların adlarını açıqlayıb.

Qol.az-ın məlumatına görə, “Barselona”nın hücumçusu Argentina mətbuatına açıqlamasında İspaniya, Fransa, Almaniya və Braziliya millilərini daha şanslı hesab etdiyini bildirib.

“Ən pisi o olar ki, qrup mərhələsində İspaniya ilə qarşılaşaq. İspanlar bizim üçün çox çətin rəqibdir. Məncə, İspaniya ilə yanaşı, Fransa, Braziliya və Almaniya da DÇ-2018-in əsas favoritləridir. Buna baxmayaraq, hamımız çempionluğu arzulayırıq” – deyə Messi bildirib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner