Səhv diaqnoza görə "Bavariya"dan qovuldu

Səhv diaqnoza görə "Bavariya"dan qovuldu
XƏBƏR 9 Noyabr 2017 / 16:38 4043
-  A +

"Bavariya" klubun həkimi Folker Braunu işindən azad edib.

Qol.az-ın "Bild"ə istinadən yaydığı xəbərə görə, buna onun komandanın futbolçuları Jerom Boatenq və David Alabaya səhv diaqnoz qoyması səbəb olub.

Hər iki oyunçu Almaniya Bundesliqasının 11-ci turunda "Borussiya"ya qarşı matçdan sonra əzələlərində problemdən şikayətləniblər. Klubun idman direktoru Hasan Salihamiciç “Bavariya”nın sabiq həkimi Vilhelm Müller-Volfarta müraciət edib. Onun diaqnozu isə F.Braunun təyin etdiyindən fərqlənib. Bundan sonra H.Salihamociç F.Braunu işindən azad edib.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner