Advokat Hollandiya millisindən gedir

Advokat Hollandiya millisindən gedir
XƏBƏR 9 Noyabr 2017 / 01:10 2238
-  A +

Hollandiya millisinin baş məşqçisi Dik Advokat vəzifəsindən ayrılır.

Qol.az-ın məlumatına görə, bunu Hollandiya mətbuatına açıqlamasında Advokat özü bildirib.

O, noyabrın 14-də Rumıniya ilə keçiriləcək yoldaşlıq oyunundan sonra millini tərk edəcəyini deyib.

Qeyd edək ki, 70 yaşlı mütəxəssisin Hollandiya millisi ilə müqaviləsi dekabrın 1-də başa çatır.

Xatırladaq ki, Advokat bu ilin yazında milliyə baş məşqçi təyin olunub. Onun komandası DÇ-2018-ə vəsiqə qazana bilməyib.

Son xəbərlər