Fransa klubunda yeni baş məşqçi

Fransa klubunda yeni baş məşqçi
XƏBƏR 8 Noyabr 2017 / 22:37 2808
-  A +

Fransa Liqası təmsilçisi "Renn"in yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Kristian Qurkyuffun istefaya göndərilməsindən sonra boş qalmış baş məşqçi vəzifəsinə Sabri Lyamuşi təyin edilib. Onunla 2018/2019 mövsümünün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, "Renn" 12 turdan sonra 15 xalla 10-cu pillədə qərarlaşıb.


Son xəbərlər