Filip Ozobiç məşqlərə başladı

Filip Ozobiç məşqlərə başladı
XƏBƏR 8 Noyabr 2017 / 18:34 2119
-  A +

Topaz Premyer Liqasının XI turunun noyabrın 4-də keçirilən “Səbail”lə oyunundan (3:1) sonra futbolçularına üçgünlük istirahət verən “Qəbələ” hazırlıqlara başlayıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” bu gün Bakıda bir araya gələrək məşq prosesinə start verib.

Hazırlıqlarını paytaxtda gerçəkləşdirən komanda üzvləri öncə fiziki hazırlıq keçib, ardınca toplu çalışmalar yerinə yetirib. Hazırlıq prosesində zədəli Rasim Ramaldanovla Stiven Monroz iştirak etməyib.

Bir müddət hazırlıqlardan kənar qalan Filip Ozobiç də məşqlərə start verib. O, fərdi hazırlıqla kifayətlənib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner