Maskerano "Barsa"da xoşbəxt deyil

Maskerano "Barsa"da xoşbəxt deyil
XƏBƏR 8 Noyabr 2017 / 14:12 2846
-  A +

“Barselona”nın futbolçusu Xavyer Maskerano komandadan ayrıla bilər.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlamasında meydana az çıxmasından narazılığı bildirib. O, komandasını dəyişə biləcəyinə işarə edib:

“Mənim üçün əsas odur ki, xoşbəxt olum. İşlərin bundan sonra necə gedəcəyinə baxıb qərar verəcəm. “Barselona”da müntəzəm oynamıram. Ancaq hər oyunda meydana çıxmağa layiq olduğunu göstərirəm".

Qeyd edək ki, Maskeranonun  “Barselona” ilə müqaviləsi 2019-cu ildə başa çatr. O, bu  mövsüm cəmi 6 oyunda meydana çıxıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner