“Kəpəz”i cərimələdilər – meydanı sulamadığına görə

“Kəpəz”i cərimələdilər – meydanı sulamadığına görə
XƏBƏR 8 Noyabr 2017 / 13:16 2318
-  A +

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Qol.az-ın məlumatına görə, İK Topaz Premyer Liqasının XI turunda baş verən qayda pozuntuları ilə bağlı cəzaları açıqlayıb.

“Kəpəz” – “Qarabağ” oyununda Gəncə klubu meydanı sulamadığına görə 800 manat cərimə olunub.

Bundan başqa, “Zirə” – “Neftçi” oyununda qonaq komandanın azarkeşləri olan sektorda oturacaqlar sındırılıb. Stadiona dəymiş ziyan əsasında “Zirə”nin təqdim edəcəyi hesab “Neftçi” klubu tərəfindən ödənilməlidir.


Qarabağ FK
Son xəbərlər
23.11.26  14:54

La Liqaya haker hücumu

topaz banner