"Karyeramı Buffondan sonra başa vurmalıyam" - Kasilyas

"Karyeramı Buffondan sonra başa vurmalıyam" -  Kasilyas
XƏBƏR 8 Noyabr 2017 / 12:35 3017
-  A +

"Qızıl ayaq" mükafatına layiq görülən "Portu"nun qapıçısı İker Kasilyas gələcək karyerası haqda  maraqlı açıqlama verib.

Qol.az-ın "A Bola"ya istinadən yaydığı xəbərə görə,  36 yaşlı qolkiper  karyerasını İtaliya millisinin və "Yuventus"un qapıçısı Canluici Buffondan sonra başa vuracağını bildirib:

"Əgər Buffon karyerasını 40 yaşında bitirsə, gərək özümdə güc tapıb ondan bir il sonra futboldan gedim. Deməli, hələ karyeramı bitirməyimə bir qədər var".

Qeyd edək ki, 39 yaşlı Buffon mövsümün sonunda karyerasını bitirmək istədiyini açıqlayıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner