“İtaliyaya qalib gələ bilərik”

“İtaliyaya qalib gələ bilərik”
XƏBƏR 8 Noyabr 2017 / 01:59 3177
-  A +

İsveç millisinin baş məşqçisi Yanne Andersson DÇ-2018-in pley-off mərhələsində İtaliyaya qarşı keçirəcəkləri oyunlardan danışıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis komandasının istənilən rəqibi üstələyə biləcəyini bildirib:

“Biz seçmə mərhələdə Fransa və Hollandiya ilə birgə ən çətin qrupda yer almışdıq. Orada da layiqli mübarizə apardıq. İtaliya da daxil olmaqla istənilən komandaya qalib gələ bilərik. Əvvəlki oyunlarda güclü rəqiblərlə oyunlarda bunu sübut etmişik.

Təbii ki. İtaliya zəngin futbol ənənələrinə və güclü heyətə malik komandadır. Rəqib nə qədər güclü, təcrübəli olsa da, biz qorxmuruq”.

Qeyd edək ki, İsveç noyabrın 10-da İtaliya ilə öz meydanında, 13-də isə səfərdə qarşılaşacaq.

Son xəbərlər
01.05.26  23:00

"Yuventus"dan ayrılır

topaz banner