“Ayaks”ın müdafiəçisi “Barselona”nın hədəfində

“Ayaks”ın müdafiəçisi “Barselona”nın hədəfində
XƏBƏR 8 Noyabr 2017 / 00:51 3541
-  A +

“Barselona”nın növbəti transfer hədəfi bəlli olub.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Kataloniya klubu “Ayaks”ın müdafiəçisi Matteys de Liqtlə maraqlanır.

“Barsa” 18 yaşlı mərkəz müdafiəçisini gələn yay heyətinə qatmağı planlaşdırır. Klubun skautları bir müddətdir oyununu izlədikləri de Liqtin çıxışı barədə müsbət rəy veriblər.

Qeyd edək ki, gənc futbolçunun “Ayaks”la müqaviləsi 2021-ci ilə kimidir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner