“Suso qeyri-adi istedaddır, amma Dibala deyil”

“Suso qeyri-adi istedaddır, amma Dibala deyil”
XƏBƏR 8 Noyabr 2017 / 00:28 3353
-  A +

“Milan”ın müdafiəçisi Leonardo Bonuççi komanda yoldaşı Suso ilə “Yuventus”lu Paulo Dibalanı müqayisə edib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, təcrübəli müdafiəçi indiki deyil, sabiq komanda yoldaşının daha güclü təsir bağışladığını vurğulayıb:

“Suso bizim üçün çox vacib futbolçudur. O, həm də hücumda, həm də müdafiədə effektiv təsir bağışlayır. Suso qeyri-adi istedaddır. Amma Dibala deyil.

Düşünürəm ki, Paulo ondan güclüdür. O, beynəlxalq arenada vacib oyunlarda özünü yaxşı tərəfdən göstərib. Suso üzərində dayanmadan çalışmalıdır”.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner