“Araz” mövsümdə ilk dəfə xal itirdi

“Araz” mövsümdə ilk dəfə xal itirdi
XƏBƏR 8 Noyabr 2017 / 00:00 2691
-  A +

Bakı İdman Sarayında futzal üzrə Yüksək Liqada VI turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, “Marafon”un istirahət etdiyi tur lider “Araz”ın mövsümdə ilk dəfə xal itirməsi ilə yadda qalıb. Son illərin çempionu “Neftçi” ilə görüşdə büdrəyib - 2:2.


Futzal, Yüksək Liqa

VI tur

7 noyabr

“Yasamal” FK – “FK.İD.Futsal” - 3:10
Qollar:
M.Cahandost, 3:42, 22:22, M. Şahsuvari, 15:47 // A.Əzimov, 3:50, 39:43, A.Ağayev, 8:26, 24:40, 26:27, R.Fərəczadə, 17:16, 31:23, E.Quliyev, 31, 31:50, 38:28

“Xəmsə” – EKOL - 3:5
Qollar:
Ə.Həsənov, 15:43, 24:16, S.Əmirov, 27:49 // R.Əhmədov, 4:46, 25, N.Məmmədkərimov, 13:59, 36:15, S.Həmzəyev, 21:25

“Araz” - “Neftçi” İK - 2:2
Qollar:
Q. Bastos, 25:40, M.da Silava, 31:30 // T.Qurbanov, 11:10, M. Katebi, 39:38

Qeyd edək ki, 6 turdan sonra 5 oyuna 13 xalı olan “Araz” lider, 5 oyundan 12 xal toplayan “Marafon” ikinci, 9 xallı EKOL isə turnir cədvəlində üçüncüdür.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner