"Çelsi"nin baş məşqçisi Antonio Konte Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunda səfərdə "Roma"ya 0:3 hesablı məğlubiyyətdən sonra futbolçularına qışqırıb.
Qol.a-ın "ESPN"ə istinadən yaydığı xəbərə görə, bu barədə London klubunun yarımmüdafiəçisi Eden Hazard məlumat verib: "Konte "Roma"ya qarşı oyunumuzdan narazı idi. Ona görə də bizə qışqırdı".
Belçikalı yarımmüdafiəçi bildirib ki, bəzən məşqçilər oyunçuların lazımi reaksiya göstərməsi üçün onlara qışqırmalıdır: "Kontenin bu hərəkətindən sonra nəticə gəldi. Bütün məşqçilər və futbolçular maksimum nəticə haqda düşündü. Buna görə də "Mançester Yunayted"i məğlub etməyi bacardıq. Komanda olaraq oynadığımız zaman istədiyimiz hər şey alınır və qələbə asan olur".
Almaniya millisində itki
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video