“Azərbaycan millisinə yuxarıdan aşağı baxmaq olmaz”

“Azərbaycan millisinə yuxarıdan aşağı baxmaq olmaz”
XƏBƏR 7 Noyabr 2017 / 16:10 5040
-  A +

“Əvvəlki turda Norveçə uduzduq. Həmin oyunda kifayət qədər yaxşı mübarizə aparmadıq. Bu tərəfimizi yaxşılaşdırmalıyıq”.

Qol.az-ın məlumatına görə, bu sözləri Almaniyanın 21 yaşadək futbolçularından ibarət yığmasının üzvü Filip Ohs deyib. Avropa çempionatının seçmə mərhələsində millimizlə oyunöncəsi ölkəsinin mətbuatına danışan gənc hücumçu Azərbaycana ciddi yanaşmalı olduqlarını söyləyib:

“Bu oyunda qələbə qazanacağımız dəqiq deyil. Rəqibə üstdən aşağı baxmaq olmaz”.

Qeyd edək ki, Azərbaycan – Almaniya oyunu noyabrın 9-da keçiriləcək.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner