“Hakimin qərarından sonra ona yaxınlaşdım və penalti olmadığını söylədim. Çünki əsl həqiqət bu idi”.
Bu sözləri Qol.az saytına açıqlamasında “Kəpəz”in hücumçusu Viktor Oseqeyl deyib. Topaz Premyer Liqanın 11-ci turunun “Qarabağ”la ev oyununun 17-ci dəqiqəsində İbrahim Şehiçlə üz-üzə qalan nigeriyalı hücumçu qapıçını keçmək istərkən yıxılıb. Matçın baş hakimi Rəhim Həsənov epizodu penalti kimi dəyərləndirib. Lakin qonaq komandanın futbolçularının etirazından sonra Oseqeyl hakimə yaxınlaşaraq, ona toxunuş olmadığını bildirib. Bundan sonra Həsənov 11 metrlik cərimə zərbəsini ləğv edib. Oseqeyl həmin epizodda heç kimin ona təzyiq göstərmədiyini, hakimə öz istəyilə yaxınlaşdığını və penalti olmadığını söyləyib:
“Bu oyunun bizim üçün nə qədər önəmli olduğunu bilirdim. Amma karyeramın ləkələnməsinə imkan verə bilməzdim. Onsuz da oyundan sonra videotəkrara baxanda hər şeyi görəcəkdilər. Düzdür, hakim penalti nöqtəsini göstərəndə sevindim. Bu da normal haldır. Ancaq bir neçə saniyədən sonra bu haqda düşündüm və fikrimi dəyişdim. Bunun üçün kimsə mənə təzyiq göstərmədi. Hər şeyi öz istəyimlə etdim”.
AFFA Oseqeylin ədalətli oyun prinsiplərinə sadiq hərəkəti barədə UEFA-nın Fair-Play və Sosial Məsuliyyət Komitəsini məlumatlandıracaq. Futbolçu federasiyanın qərarını müsbət qarşıladığını bildirib: “Bu, çox yaxşı haldır. Qoy, insanlar bilsinlər ki, futbol sadəcə bir oyundur".
Qeyd edək ki, “Kəpəz” – “Qarabağ” oyunu qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi