"Qəbələ"dən Türkiyə klubuna 6 cavabsız qol

"Qəbələ"dən Türkiyə klubuna 6 cavabsız qol
XƏBƏR 7 Noyabr 2017 / 01:10 3294
-  A +

Türkiyədə təşkil olunan “Limra Cup” turnirində növbəti oyunlar keçirilib.

Qol.az-ın xəbərinə görə, “Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası yarışın 4-cü günündə “Kəmər Kartalları” ilə qarşılaşıb.

Keçirdiyi bütün qarşılaşmalarda böyükhesablı qələbə qazanan “qırmızı-qaralar” seriyanı bu dəfə də davam etdirib. Rüstəm Məmmədovun baş məşqçisi olduğu komanda 6 cavabsız qolla qalib gəlib.

“Qəbələ”nin heyətində Ziya Şəkərxanov iki, Ömər Cəbrayılov, Həsən Nəzərli, Murad Əbilov və Ömər Ağababayev hərəyə 1 dəfə fərqlənib.

Bunadək “Manavqatspor”u 10:0, “BD Spor”u 4:0 hesabı ilə məğlub edən “qırmızı-qaralar” 3 matçdan sonra 9 xalla liderlər qrupunda qərarlaşıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner