Premyer Liqanın ən məhsuldar asiyalısı

Premyer Liqanın ən məhsuldar asiyalısı
XƏBƏR 7 Noyabr 2017 / 00:01 2769
-  A +

“Tottenhem”in futbolçusu Son Honq Min İngiltərə Premyer Liqasının tarixinə düşüb.

Qol.az-ın məlumatına görə,  11-ci turda  “Kristal Pelas”la oyunda yeganə qolun müəllifi olan koreyalı futbolçu 20-ci dəfə rəqib qapılarına yol tapıb.

O, bu qoldan sonra Premyer Liqanın ən məhsuldar asiyalısı olub. Son həmyerlisi Park Ji-Sunqu geridə qoyub. Park 154 oyuna 19 qol vurmuşdu. Son isə cəmi 72 qarşılaşmada bu nəticəyə nail olub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner