Topaz Premyer Liqada mövsümün rekordu

Topaz Premyer Liqada mövsümün rekordu
XƏBƏR 6 Noyabr 2017 / 17:50 4764
-  A +

Topaz Premyer Liqasında mövsümün rekordu qeydə alınıb.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, 11-ci turun Gəncə şəhər stadionunda keçirilən “Kəpəz” – “Qarabağ” görüşü 13 min 300 tamaşaçı toplayıb.

Bu da arxada qalan 11 turun 43 qarşılaşması arasında ən yüksək göstəricidir. Ağdam klubunun 2:0 hesabı ilə qalib gəldiyi matçadək ən çox tamaşaçı toplayan qarşılaşma da Gəncədə keçirilmişdi. “Kəpəz”in “Neftçi” ilə 9-cu turdakı görüşünü 8 min azarkeş izləmişdi.

12 min 550 tamaşaçının seyr etdiyi IX turun rekordu da yenilənib. Bu dəfə turun görüşlərini 17 min 400 tamaşaçı izləyib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner