Millimizin oyunu üçün qazaxıstanlı hakimlər

Millimizin oyunu üçün qazaxıstanlı hakimlər
XƏBƏR 6 Noyabr 2017 / 14:51 3391
-  A +

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan – Almaniya oyunun hakimləri müəyyənləşib.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, matçı qazaxıstanlı hakimlər briqadası idarə edəcək.

Qarşılaşmanın baş hakimi Daniyar Saxi olacaq. Ona Alibek Aubakirov və Yevgeni Belski kömək edəcək. Bulat Sarıyev isə qarşılaşmanın dördüncü hakimi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 9-da keçiriləcək Azərbaycan – Almaniya oyunu saat 18:00-da başlayacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner