Şeydayev Azərbaycan dilini öyrənir - Şəkil

Şeydayev Azərbaycan dilini öyrənir - Şəkil
XƏBƏR 6 Noyabr 2017 / 13:40 6182
-  A +

“Qarabağ”ın və millimizin hücumçusu Ramil Şeydayev Azərbaycan dilini yaxşı öyrənməyə çalışır.

Qol.az-ın xəbərinə görə, son vaxtlar sosial şəbəkələrdə fəal olan 21 yaşlı hücumçu Feysbukdakı paylaşımında doğma dilini pis bilməsi ilə bağlı məsələyə toxunub. O yazıb:

“Səhifədə tez-tez müzakirə olunduğu üçün məlumat vermək istəyirəm. Mən Rusiyada anadan olub, böyüdüyüm üçün Azərbaycan dilində çox pis bilirəm, səhifədə yazmağa mənə kömək edirlər. Azərbaycan dilimi inkişaf etdirməyə çalışıram. Hələlik çox çətin alınır, amma inanıram ki, istək olduqdan sonra insan hər şeyə nail ola bilər”.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner