“Kəpəz”in icraçı direktoru Cabir İbrahimov Qol.az saytının suallarını cavablandırıb. Son vaxtlar komanda ətrafında dolaşan söz-söhbətlərə aydınlıq gətirən klub rəsmisi Şahin Diniyevin istefaya göndəriləcəyi xəbərinə də münasibət bildirib.
- “Kəpəz”lə bağlı qalmaqallı xəbərlər bitmək bilmir. Hazırda klubda əsas söz sahibi sizsiniz. Deyə bilərsinizmi, nə baş verir?
- Görünən tərəf nədisə, odur. Bəzi məqamlar bir az şişirdilsə də, mətbuat işin məğzini yazıb. Baş verənlər bir günün, bir ayın işi deyil. Vaxt lazımdı ki, ətraflı araşdırılsın. Audit hazırda mühasibatlığı araşdırır. Maliyyə məsələlərinin yoxlanması davam edir. Ola bilsin ki, yazılanlar hamısı düz çıxsın. Maliyyə məsələlərində hər şey qaydasında olsa, heç bir problem baş verməz. Onu da deyim ki, audit yoxlaması lazımı sənədləri götürüb, Bakıya aparıb. Ancaq mətbuatda elə şeylər yazılıb ki, hansı ki o söhbətlər 1-2 nəfərin arasında olub. Mənim özümə də maraqlı gəlir ki, bu xəbərləri mediaya kim sızdırır. Biz də işin hansı nöqtədə qurtaracağını, hansı göstəricilər olacağını gözləyirik.
- Özünüz də qeyd elədiniz olanlar bir günün, bir ayın işi deyil. Bəs necə oldu ki, hər şey birdən-birə ortaya çıxdı?
- Hansısa bir işin başlanğıcı olmalıdı. Mənim də nədəsə rolum varsa, bunu götür-qoy edirəm, bəzi məsələrə fikir verirəm. Bundan sonra insan başa düşür ki, burda nəsə səhv var. Bir kitabın ilk səhifəsini oxumaqla onun sonluğunu bilə bilməzsən. Bu, sənə hər hansı ziyan vursa da, məcbur onu axıra kimi oxumalısan ki, orada gedən söhbətin məğzini tutasan. Mən özümə aid olan hissəni deyirəm. Özümlə əlaqədar olan şeylərin hər birini analiz edirəm. Bu iş bir ay bundan qabaq olsaydı belə, siz həmin sualı verəcəkdiniz. Kimsə işini rahat görmək üçün qarşısındakı maneələri uzaqlaşdırmaq istəyir.
- Fikrinizi bir az da dəqiqləşdirə bilərsiniz? Klubda öz işini görmək istəyən kimdi, bunun üçün qurban verilən kim?
- Mətbuatda nə yazılıbsa, orda hamısı əksini tapıb. Burda qurban verilən mən idim.
- Necə düşünürsünüz, haqq-ədalət öz yerini tapdı?
- Bəli, mənim üçün haqq-ədalət öz yerini tapdı. Həmin hadisədən sonra hansısa xəbər, məlumat artıq mənim üçün sürpriz deyil. Sadəcə, vicdanım sakitdi.
- Son bir neçə gündə Şahin Diniyevin istefaya göndəriləcəyi və onun əvəzinə Yunis Hüseynovun baş məşqçi təyin olunacağı söylənilir. Bu xəbərlərə də münasibətinizi bilmək maraqlı olardı...
- Dünən də bu haqda yazmışdılar. Şahin Diniyevin açıqlaması da olmuşdu. Mən də baş məşqçiyə zəng vurdum. Dedi ki, klubda rəhbər şəxs sizsiniz, mən sizə bununla bağlı bir söz demişəm? Dedim ki, yox, belə bir şey olmayıb. Dedi ki, onun da xəbəri yoxdu. Yəqin kimdisə, könül bulandırır. Artıq söz-söhbət çıxardır. Şahin müəllim barədə belə bir fikir klubun daxilində yoxdur. Bunu kim yazdırıb, niyə eləyib, bilmirəm.
Elnur SALAHOV
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi