"Qarabağ"la oyunda aldığımız zərbədən sonra..." - Simeone
“Ötən mövsümlə müayisədə indi daha yaxşı oynayırıq. "Qarabağ”la görüşdə aldığımız zərbədən sonra bugünkü oyunla fəxr edirəm”.
Qol.az-ın məlumatına görə, bu sözləri Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasının 11-ci turunda “Deportivo”ya qalib gəldikləri oyunda (1:0) sonra deyib.
“AS”a açıqlamasında oyunu şərh edən argetinalı mütəxəssis ötən həftə Madriddə “Qarabağ”la keçirilən oyunu da (1:1) da xatırladıb: "Qələbə komandaya müsbət təsir edir. Oyunumuzu bir qədər də təkmilləşdirməliyik. “Vilyarreal” və “Barselona” ilə matçlarda 90 dəqiqə, “Qarabağ”a qarşı isə ikinci hissədə sərgilədiyimiz oyunu təkrarlasaq, daha güclü olacağıq”.