"Bu cür adamlarla görüşmək istəmirəm" - "Neftçi"nin futbolçusu

"Bu cür adamlarla görüşmək istəmirəm" -  "Neftçi"nin futbolçusu
ÖLKƏ FUTBOLU 6 Noyabr 2017 / 10:10 3630
-  A +

“Neftçi”nin müdafiəçisi Kiril Petrov Topaz Premyer Liqanın 11-ci turunda “Zirə”yə uduzduqları oyundan (0:1) sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını  cavablandırıb.

- Gərgin keçən oyun haqda fikirlərini öyrənək...

- Biz oyunun sonuna kimi hücum etməyə çalışdıq. Ancaq “Zirə” antifutbol oynadı. Cəmi bir səhv bizə baha başa gəldi və uduzduq.

- Bir müdafiəçi kimi bu qolda özünü nə dərəcədə günahkar hesab edirsən?

- Topun istiqamətini düzgün hesablamadım və tez tullandım. Məndən əvvəl meydanın mərkəzində də səhv olmuşdu. Ancaq əsas səhv məndədir.

- İkinci hissədə komanda yoldaşlarınla  sanki bir gərginlik  yaşadın.

- Sadəcə, emosiyanal idik. Oyundan sonra belə şeylər heç yada düşmür. Biz meydanda və ondan kənarda bir ailə kimiyik. Oyun zamanı belə hallar olur.
 
- Ardıcıl 4 qələbədən sonra liderlərlə qarşılaşırsınız. Birini uduzdunuz. Bundan sonra nə olacaq?

- Biz bu gün məğlub olsaq da, oyun baxımından rəqibdən geri qalmadıq. Gələcək oyunlarda da çalışacağıq ki, yaxşı çıxış edək və lazımi nəticəni qazanaq.

- Son dəqiqələrdə Milan Duriçlə aranızda nə baş verdi?

- Mən qaydalar çərçivəsində - topa oynadım. Ancaq “Zirə”nin balkanlı oyunçuları üstümə qışqırdılar. Mən də ona dedim ki, niyə qışqırırsan?

- Oyundan sonra o səninlə görüşmək istəsə də, bundan imtina etdin...

- Biz hamımız eyni işi görürük. Ancaq bəzi futbolçular təxribatla məşğuldular. Bu cür adamlarla görüşmək istəmirəm.

Daha çox


Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

24.03.26  16:55

Depay 1 ay oynamayacaq

topaz banner