"Məğlub olsaq da, bu gün zəif çıxış etmədik. Müdafiədə oturmadıq. Ancaq bu, futboldur, hərdən belə də olur. Komandamın oyunundan razı qaldım. Uşaqlara matçdan sonra təşəkkür etdim. Bundan öncəki oyundan sonrakı mətbuat konfransında yolun əvvəlində olduğumuzu demişdim. Artıq yolun ortasındayıq. Bu gün bir səhvlə məğlub olduq. Qarşıda bizi daha çətin qarşılaşmalar gözləyir. Bu oyundakı səhvlərimizi analiz edərək, gələcək matçlara daha motivasiyalı çıxacağıq".
Qol.az-ın sportnet.az-a istinadən verdiyi məlumata görə, bunu "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov səfərdə "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XI tur matçından sonra mətbuat konfransında deyib. 46 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...
- Növbəti turda sizi "Qəbələ” ilə çətin oyun gözləyir. Bu oyunadək isə çempionatda fasilə yaranacaq. Bu, komandanın xeyrinədir, yoxsa ziyanına?
- Bunu bilmək olmaz. Sadəcə, fasilədən maksimum istifadə etməyə çalışacağıq.
- İqnasio Errera bu gün bir neçə səhv etdi. Siz isə onu yalnız oyunun 80-ci dəqiqəsində əvəzlədiniz. Bu, yerli futbolçulara mesaj deyildi?
- Futbola yuxarıdan baxanda daha rahatdır. Pelenin belə bir sözü var: "Damanı hamı oynayır, ancaq heç kim bilmir ki, necə oynanmalıdır. Futbolu isə hamı oynamır, ancaq hamı bu barədə danışır". Onu meydanda saxlamağım heç kimə mesaj deyil. Heç kimlə danışıq aparmamışam.
- Sağ cinaha çarə tapmısınız, bəs sol cinahdakı problemi nə vaxt həll edəcəksiniz?
- Maksimum çalışıram ki, yerli oyunçular daha çox çıxış etsin. Akademiyaya göz gəzdirməyə imkanım olmayıb. Fürsət tapan kimi baxacağam. Hələlik bu mövqedə Anton Krivotsyuk çıxış edir.
- Kirilo Petrovun oyununu necə dəyərləndirərdiniz? İlk qolda onun səhvi də var idi...
- Bir oyunçu səhv etmirsə, deməli, ümumiyyətlə oynamayıb. Məğlubiyyətdə heç kimi günahlandırmıram. Futbolçularıma oyuna görə təşəkkür etdim. Oyunun taleyini bir top həll etdi. Son 7 turda heç kimdən zəif oynamamışıq. Bu gün "Zirə” qalib gəlibsə, deməli, onlar daha layiq idilər.
- Emin Mahmudovun əsas heyətdə yer almaması nə ilə bağlı idi?
- Bugünkü oyun daha çox istək tələb edirdi. Rəhman Hacıyev süni örtükdə daha çevik hərəkət etdiyindən, start heyətində ona şans verdim. İkinci hissədə Emini meydana buraxdım. Çünki onun mərkəzdə top saxlaya biləcəyini düşünürdüm.
- Bu gün Daniel Seqoviyanın heyətdə olmaması nə ilə bağlı idi?
- Fəhmin Muradbəyli, Pavel Dreksa və Daniel Seqoviya əvəzedici heyətdə zədə aldıqlarından, bu gün əsas komandada olmadılar.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord
ÇL-in oyunları bu kanallarda
İtaliya millisinin sabiq hücumçusu B Seriyasında
Okan Buruk "Sportinq"lə bugünkü oyun haqda
Arteta: "Hazırıq və qətiyyətliyik”
"Sabah" hücumçu aldı
Kivudan məğlubiyyət şərhi
Mourinyo: “Hesab 5:0 da ola bilərdi”
Messi İspaniyada daha bir klub aldı
Mahir Emrelinin yeni baş məşqçisi bilindi
"Sabahın Ulduzları": 10-cu tur başladı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi