“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Kəpəz”lə oyunda meydana yeni futbolçu buraxacaq.
Qol.az-ın xəbərinə görə, 1996-cı il təvəllüdlü İbrahim Aslanlı karyerasında ilk dəfə “Qarabağ”ın əsas heyətində yer alıb. Klubun mətbuat xidmətindən QoI.az-a bildirilib ki, əvəzedici heyətdən A komandasına cəlb olunan İ.Aslanlı sol cinah müdafiəçisidir və 16 nömrəli forma ilə çıxış edəcək. Amma bu, onun “Qarabağ”da debüt matçı olmayacaq. İ.Aslanlı ötən mövsüm kubok oyunlarından birində sonradan oyuna daxil olub.
Qeyd edək ki, “Qarabağ”ın əsas sol cinah müdafiəçisi Ansi Aqolli matçın iştirakçıları sırasında yer almayıb.
Əlavə edək ki, Topaz Premyer Liqanın 11-ci turunun bu gün keçiriləcək “Kəpəz” – “Qarabağ” oyunu saat 15.00-da başlanacaq.
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video
"İpsviç Taun"da yeni baş məşqçi
"Barselona" qapıçısı ilə yollarını ayırdı
Portuqaliya - Özbəkistan matçının heyətləri açıqlandı
"Real"a keçəndən sonra təhdid olunur
Türkiyənin matçını şərh etdi, FİFA cəzalandırdı
"Şəfa"dan 1-ci liqa klubuna keçdi