"Qəbələ"nin yarımmüdafiəçisi Asif Məmmədov Topaz Premyer Liqanın 11-ci turunda "Səbail"ə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə müsahibə verib. Qol.az-ın məlumatına görə, o əvvəlcə oyunla bağlı fikirlərini açıqlayıb.
- Evdə oynayırdıq deyə, qalib gəlmək istəyirdik. Məncə, çox yaxşı oynadıq. Layiqli qələbə qazandıq.
- Hesabın belə olacağını gözləyirdiniz?
- Qələbədən başqa yolumuz yox idi. Keçən tur uduzmuşduq deyə, bizi yalnız qələbə qane edirdi. Matça ciddi hazırlaşmışdıq. Çıxdıq, oynadıq. Oyundan öncə heç nə bilmək olmur. Matçın gedişi göstərdi ki, qalib gələ bilərik.
- Qarşıda 10 günlük fasilə var. Bundan necə istifadə etməyi düşünürsünüz?
- Fasilədən səmərəli istifadə etmək lazımdı. Çünki "Neftçi" ilə oyunumuz olacaq. Ciddi hazırlaşaraq qalib gəlmək istəyirik.
- "Neftçi" dörd oyundu ki, qalib gəlir. Bu, sizi qorxutmur?
- Tərlan müəllim gələndən sonra "Neftçi"də xeyli irəliləyiş var. Biz də istəyirik ki, oyundan-oyuna daha yaxşı çıxış edək. Bir oyun oynayıb dayanmaq istəmirik. "Neftçi" ilə matça yaxşı hazırlaşacağıq. Rəqib son dövrlərdə yaxşı oynayır, vəziyyətləri də yaxşıdı. Yalnız qələbə istəyirik.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord
ÇL-in oyunları bu kanallarda
İtaliya millisinin sabiq hücumçusu B Seriyasında
Okan Buruk "Sportinq"lə bugünkü oyun haqda
Arteta: "Hazırıq və qətiyyətliyik”
"Sabah" hücumçu aldı
Kivudan məğlubiyyət şərhi
Mourinyo: “Hesab 5:0 da ola bilərdi”
Messi İspaniyada daha bir klub aldı
Mahir Emrelinin yeni baş məşqçisi bilindi
"Sabahın Ulduzları": 10-cu tur başladı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq