"Səbail"in hücumçusu Vüqar Nadirov Topaz Premyer Liqanın 11-ci turunda "Qəbələ"yə 1:3 hesablı məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə oyun haqda fikirlərini açıqlayıb.
- Bura uduzmağa gəlməmişdik. Qələbə qazanmaq istəyirdik. "Qəbələ" bu gün bizdən elə də üstün oynamadı. Xal qazana bilərdik. İmkanlarımız oldu. Qismət, belə alındı.
- Qola kimi komandanız pis təsir bağışlamadı. Hesab açıldıqdan sonra "Səbail" sanki "sındı"...
- Bizdə bir xəstəlik var, qoldan sonra komanda ruhdan düşür. Amma buna "sınmaq" deməzdim. Sadəcə, toparlana bilmirik. Əslində yeni komandayıq, çox da qınamaq olmaz. 3-4 ayın komandasıdı, vaxt vermək lazımdı.
- Növbəti turda "Kəpəz"lə qarşılaşacaqsınız. Həmin qarşılaşma haqda nə düşünürsən?
- Bizim əsas rəqiblərimiz "Kəpəz", "Keşlə" və "Sumqayıt"dır. Onlarla oyunlarda üstün oynamalıyıq ki, mövqeyimizi düzəldək. Çalışacağıq ki, həmin oyuna da yüksək səviyyədə hazırlaşacağıq.
- Maraqlıdır, sizi turnir cədvəlində hansı mövqe qane edir?
- Əsas odur ki, Premyer Liqada qalaq. Bizə demirlər ki, 4-cü, 5-ci yerə çıx. Başlıca hədəfimiz elitada qalmaqdır.
- Uzun müddət iddialı komandalarda çıxış etmisən. Bu mənada, "Səbail"də oynamağı karyeranda eniş hesab etmirsən?
- Yox. Həyat davam edir. Hər şey qabaqdadı. Gələcəyi bilmək olmaz. Peşəkar komandayıq. Gələcəkdə "Səbail"də yüksək yerlər uğrunda mübarizə apara bilər.
- Mövzunu dəyişək. Qurban Qurbanov milli komandaya baş məşqçi təyin olundu. Səncə, bu təyinat yığmaya necə təsir edəcək?
- Əvvəla Qurban Qurbanovu təbrik edirəm. 7 il onun rəhbərliyi altında oynamışam. Çox ciddi, tələbkar mütəxəssisdir. Əsas namizəd kimi onu görürdüm. Ona uğurlar arzu edirəm. İnanıram ki, gələcəkdə milli komanda ilə də uğurlu nəticələr əldə edəcək.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord
ÇL-in oyunları bu kanallarda
İtaliya millisinin sabiq hücumçusu B Seriyasında
Okan Buruk "Sportinq"lə bugünkü oyun haqda
Arteta: "Hazırıq və qətiyyətliyik”
"Sabah" hücumçu aldı
Kivudan məğlubiyyət şərhi
Mourinyo: “Hesab 5:0 da ola bilərdi”
Messi İspaniyada daha bir klub aldı
Mahir Emrelinin yeni baş məşqçisi bilindi
"Sabahın Ulduzları": 10-cu tur başladı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq