"Hərdən geri addım atmaq olar" - Emil Balayev

"Hərdən geri addım atmaq olar" -  Emil Balayev
XƏBƏR 4 Noyabr 2017 / 20:09 4397
-  A +

"Erkən qol buraxdıq. "Qəbələ" sürətli komandadı. Keçidlərdə çox yaxşı oynayırlar”.

Qol.az-ın məlumatına görə, bu sözləri "Səbail"in qapıçısı Emil Balayev Topaz Premyer Liqanın XI turunun "Qəbələ" ilə oyunundan (3:1) sonra deyib. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan qolkiper bunları söyləyib:

"Samir müəllim tapşırmışdı ki, ilk dəqiqələrdə qol buraxmayaq. Ancaq istəyimiz alınmadı. Erkən qol buraxdıq. Buna baxmayaraq, əlimizdən gələni etdik. Rəqibin 3-4 zərbəsi oldu, onlar da qolla nəticələndi".

İlk qolda səhvim olub-olmadığını mən deyə bilmərəm. Videoyazıya baxmaq lazımdı. Topu çox gec gördüm. Qarşımda oyunçular var idi. Topu görəndə reaksiya verməyim gec oldu. Zərbə qüvvətli deyildi. Sadəcə topu görmədim".

Bir vaxtlar Azərbaycanın ən perspektivli qapıçılarından hesab olunan Balayev hazırda çempionatın debütantı "Səbail"də çıxış edir. Ancaq Emil bunu karyerası üçün geri addım hesab etmir:
"Düzdü, "Neftçi", "Qarabağ" kimi komandalarda oynadım. "Ayntraxt"ı deməzdim. Çünki orada oynamadım. Fikirləşirəm ki, qabağa 2-3 addım atmaq üçün hərdən geri də addım atmaq olar. Hazırda əsas məqsədim daim oynamaq, komandaya kömək etməkdi".

Son xəbərlər