“Benzema ilə bağlı mövqeyim dəyişməyib” – Didye Deşam

“Benzema ilə bağlı mövqeyim dəyişməyib” –  Didye Deşam
XƏBƏR 4 Noyabr 2017 / 15:00 3613
-  A +

Fransa millisinin baş məşqçisi Didye Deşam komandadan uzaqlaşdırılan Kərim Benzemanı bağışlamaq fikrində deyil.

Qol.az-ın məlumatına görə, o, bu barədə İspaniya mətbuatına açıqlama verib. Bildirib ki, "Real"ın hücumçusu yığmaya qaytarmaq fikrində deyil:

“Benzema ilə bağlı müxtəlif xəbərlərə rast gəlirəm. Hər bir futbolçu millidə oynamağı arzulayır. Ancaq mənim onunla bağlı mövqeyimi bilirsiniz. Fikrimi dəyişməmişəm”.

Xatırladaq ki, Benzema millidəki komanda yoldaşı Mateyu Valbuenanı şantaj etməkdə ittiham olunduğu üçün Fransa yığmasından uzaqlaşdırılıb. Ancaq Fransa Futbol Federasiyasının prezidenti Noel La Qraet onun yığmaya qayıda biləcəyini açıqlayıb.

Dünya Çempionatı 2026
Son xəbərlər
23.06.26  21:30

Ronaldodan yeni rekord

topaz banner