"Kəpəz" Bakı hazırlığını başa vurdu

"Kəpəz" Bakı hazırlığını başa vurdu
XƏBƏR 3 Noyabr 2017 / 20:16 1880
-  A +

Topaz Premyer Liqasının 11-ci turunda “Qarabağ”ı qəbul edəcək “Kəpəz” bu oyuna hazırlığın Bakı hissəsini bu gün başa vurub.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, həftənin əvvəlindən paytaxtda hazırlıq keçən “sarı-göylər”in matç öncəsi son məşqi Gəncədə olacaq. Sabah Gəncəyə gedəcək komanda görüşün keçiriləcəyi şəhər stadionunda məşqə çıxacaq. Hazırlıq prosesi saat 16:00-a təyin olunub. Məşq mətbuat və azarkeşlər üçün açıq olacaq. 

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner