AFFA Renatın millidən imtina etdiyini təsdiqlədi

AFFA Renatın millidən imtina etdiyini təsdiqlədi
XƏBƏR 3 Noyabr 2017 / 14:04 6720
-  A +

AFFA-nın baş katibi Elxan Məmmədov əsas yığmamızın üzvü Renat Dadaşovun U-19 millimizdə oynamaqdan imtina etməsini təsdiqləyib.

Qol.az-ın məlumatına görə, o, bunu jurnalistlərə açıqlamasında deyib.

E.Məmmədovun sözlərinə görə, gənc hücumçu Avro-2019-un seçmə mərhələsində Almaniya və Kosovo ilə oyunlarda iştirak etmək istəməyib. "Ayntraxt"ın futbolçusu U-19 millimizin baş məşqçisi Samir Ələkbərovla söhbətində yığmadan imtinasının səbəbini  komandasının vacib oyunlarının olması ilə əlaqələndirib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner